Qalamaqallı kredit şirkətindən CAVAB

Qalamaqallı kredit şirkətindən CAVAB
11:14 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“VF AzərKredit” bank olmayan kredit təşkilatı, qurum ilə girov müqabilində vəsait götürmüş müştəriləri arasında yaranmış qalmaqala münasibət bildirib.

 

Şikayətçilərin sözlərinə görə, onlar bankdan pul götürmək üçün girov qoyduqları əmanətləri (qızıl-zinət əşyaları), borclarını ödəsələr də geri götürə bilmirlər.

 

Lent.az-ın məlumatına görə, “VF AzərKredit”in İdarə Heyətinin sədr müavini Samir Cəfərli “Marja”ya bildirib ki, müştərilərin söylədikləri doğrudur, amma yaranmış problem təşkilatdan asılı deyil:

“Bu yaxşı hal deyil. Paş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən müştərilərimizdən birinin fəaliyyətinə dair istintaq aparılır. Bunula bağlı olaraq depozit seyflərimizə həbs qoyulub”.

Məsələ ilə əlaqədar təşkilatdan bildirilib ki, əlavə məlumat vermək “VF AzərKredit”in səlahiyyəti  çərçivəsində deyil, çünki verilən hər-hansı məlumat istintaq sirrinin yayılması kimi tövsif oluna bilər:

“Müştərilərdən götürülmüş qızıl girovları banklarda icarəyə götürülmüş depozit yeşiklərində saxlanılır. Hazırda Baş Prokurorluğun vəsatəti əsasında həmin depozit yeşiklərinə həbs qoyulduğundan qızılların götürülüb müştərilərə təhvil verilməsi mümkün deyil.

Yalnız onu qeyd edə bilərik ki, “VF AzərKredit” aparılan cinayət işinin subyekti deyildir və Prokurorluq tezliklə istintaq işinin yekunlaşacağını bildirir və iş yekunlaşan kimi müştərilərin girovları özlərinə qaytarılacaqdır”.

 

Qeyd edək ki, 43 filialı olan  “VF AzərKredit”in kredit portfeli 80 milyon ABŞ dolları ətrafındadır. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191220

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR