Blatterə qarşı koalisiya: FİFA batır?

Blatterə qarşı koalisiya: FİFA batır?
11:22 23 Yanvar 2015
181 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) üç böyük sponsoru qurumun prezidenti Yozef Blatterin fəaliyyətindən narazı olduqlarına görə FİFA ilə əməkdaşlığı davam etdirməmək qərarına gəliblər. Trend xəbər verir ki, bu barədə TASS "Teleqraf" qəzetinə istinadən məlumat yayıb.
 
“Castrol”, “Continental”, “Johnson & Johnson” şirkətlərinin nümayəndələri mətbuata "Blatter rejimi ilə münasibətləri pozduqlarını” təsdiqləyiblər.
 
Bundan əvvəl “Sony” və “Emirates” şirkətləri FİFA ilə müqaviləni uzatmayıblar.
"Teleqraf" qəzetinin məlumatına görə, həmin 5 şirkət FİFA-ya hər 4 ildən bir 1,5 milyard dollar gətirirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/320503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR