"Synergy Group" kənd təsərrüfatı portfelini genişləndirir

11:23 23 Yanvar 2015
187 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc 
Cari ildə "Synergy Group" Açıq Səhmdar Cəmiyyəti (ASC) kənd təsərrüfatı sahəsində biznes fəaliyyətini genişləndirməyi planlaşdırır.
"Synergy Group" ASC-dən AzərTAc-a bildiriblər ki, qurum Azərbaycanda 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsini və ölkənin kənd təsərrüfatı sektorunda böyük investisiya potensialının mövcudluğunu nəzərə alaraq bu sahədə bir sıra cəlbedici biznes təkliflərin üzərində araşdırmalar aparır.
Eyni zamanda, kənd təsərrüfatında mövcud şirkətlərin fəaliyyətinin genişləndirilməsi məsələsi də geniş müzakirə edilir.
Qrupun üzvü olan "AzAqro" MMC Azərbaycanda müasir texnologiya ilə mərkəzləşdirilmiş kompyuter bazasında, istixana şəraitində qızılgül istehsalında innovativ üsulları tətbiq edir. 2013-cü ildən etibarən "AzAqro" MMC öz məhsullarını "Sbuket" brendi ilə ölkə üzrə gül mağazalarına çatdırır. Yerli bazarın tələbatını ödəməklə yanaşı, öz məhsullarını Gürcüstana da ixrac edən şirkətin xaricdə yeni satış bazarlarının axtarılması üzərində işlər aparılır.
Həmçinin "Synergy Group"un üzvü olan "Caspian Coast Winery & Vineyards" MMC ölkəmizdə üzümçülük ənənələrinin bərpası məqsədilə mühüm yatırım nümunəsidir. Qrup Siyəzən şərab zavodunda yenidənqurma işlərini aparıb və beynəlxalq standartlara uyğun istehsal prosesi təşkil edib. Eyni zamanda, hazırda daxili bazarla yanaşı, Rusiya bazarına da ixrac olunan "Caspian Coast Winery & Vineyards" məhsullarının xaricdə yeni satış bazarlarının müəyyən olunması istiqamətində ciddi işlər görülür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotSynergy_Group_quot_kend_teserrufati_portfelini_genislendirir-826914

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR