Aydan Salahova: Çılpaq şəkillərimi atama göstərdim (FOTO)

11:41 23 Yanvar 2015
164 Digər
Ölkə mətbuatı
A- A+

"Mən oğlumun erkən yaşda ailə qurmasına çox yaxşı baxıram. Çünki onun və həyat yoldaşı Aniçkanın həyata baxışı düzgündür. Onlar çox şeyi başa düşən cütlükdür və bir birlərini öz münasibətləri ilə boğmayacaqlar". ANS PRESS-in məlumatına görə, bunu "Nargis" jurnalına müsahibəsində Xalq rəssamı Tahir Salahovun qızı rəssam Aydan Salahova deyib. O, oğlunun 21 yaşında ailə qurmasını belə qiymətləndirib.

Rəssam onun üçün münasibətdə olmağın çətin olduğunu deyib. Buna səbəb isə yaradıcı insan olmasıdır.

"Təcrübə göstərir ki, heç bir kişi ikinci planda olmaq istəmir. Mənə görə isə birinci yerdə həmişə incəsənətdir".

Rəssam atası Tahir Salahovla münasibətlərinə də toxunub. Onun sözlərinə görə, atası ilə dost, həmkar münasibətləri var. "Atam uşaqlıqdan hamıya, o cümlədən mənə çox hörmətlə yanaşıb, tam sərbəstlik verib. O, həm də yaxşı məsləhətçidir".

A.Salahova bir necə il öncə bir jurnala müsahibəsində dərc edilən yarıçılpaq fotoları ilə bağlı qalmaqal yarandığını da qeyd edib. O, zaman Tahir Salahov qızına zəng edərək nə baş verdiyini soruşub.

"Mən onunla görüşdüm və jurnalı göstərdim. O, baxdı və dedi "mükəmməl, gözəl poza verirsən. Fotoqraf kim idi?" O rəssamdır və bu şəkillərdə ilk olaraq qızının çılpaq olduğunu yox, incəsənət gördü".

Rəssam doğma şəhəri olan bakını dünyanın ən gözəl şəhərlərindən hesab edir. Onun fikrincə, bura istirahət üçün ən yaxşı yerdir - günəş, nəfis qida, qədim küçələrdə gəzinti, bağ...

"Mən orada enerji yığıram, amma işləmək həvəsi yaranmır. Məni Rusiyadan fərqli olaraq Azərbaycanda incəsənətə daha çox sərmayə qoyulması sevindirir".

Qeyd edək ki, rəssam öz qalereyasını da bağlayıb. O, ömrünün qalan hissəsini qalereya fəaliyyəti ilə məşğul olmaq istəmədiyini deyir. İndi o öz zamanına daha qənaətcil yanaşır. "Məsələn köməkçim nə zaman harda olmalı olduğumu qeyd edir. Mən isə o dəqiqə fikirləşirəm ki, buna vaxtımı sərf etməyə dəyər ya yox?.
Mən teatrı qətiyyən sevmirəm və getmirəm. Kinoya, rəqsə və gecə klublarında əylənməyi isə çox xoşlayıram. Mən ancaq istədiyimi edirəm".








Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=321356

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR