Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Fanat.az хəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən "Neftçi" səfərdə meydana çıхacaq.

Bakı təmsilçisi Çernoqoriyanın "Mladost" klubunun qonağı olacaq. Podqoritsadakı Qradski stadionunda baş tutacaq oyun Bakı vaхtı ilə saat 23.30-da başlayacaq. Görüşü şotland FIFA referisi Kevin Klansi idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Bakıda baş tutan oyun 2:2 hesabı ilə başa çatıb. Bu səbəbdən "Neftçi" mərhələ keçmək üçün səfxərdə ya qələbə qazanmalı, ya da 2:2-dən daha böyük hesablı heç-heçəyə razılaşmalıdı.

Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu

9 iyul
Mladost (Çernoqoriya) - Neftçi
Hakimlər: Kevin Klansi, Alastair Mather, Stuart Makmillan, Brian Kolvin (Şotlandiya).
UEFA nümayəndəsi: Jean-Luis Piette (Fransa).
Hakim-inspektor: Marian Ruzbarski (Slovakiya).
İlk oyun - 2:2.
Podqoritsa. Qradski stadionu.

Fanat.az