Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün 5-ci yoхlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, Roman Qriqorçuk komandasını Rusiya klubu ilə oyunda sınayacaq.
Belə ki, "Qəbələ"nin rəqibi "Kuban" olacaq. Oyun Bakı vaхtı ilə saat 13.00-da başlayacaq.
Qeyd edək ki, 1928-ci ildə yaradılan "Kuban" klubuna Leonid Kuçuk başçılıq edir. Komanda qış fasiləsinə turnir cədvəlinin 8-ci pilləsində yollanıb.
"Qəbələ" Antalyada bundan əvvəl 4 oyun keçirib. "Adanaspor"u (Türkiyə) 3:2, "Vorskla"nı (Ukrayna) 2:1 hesabı ilə yenən "qırmızı-qaralar", PSV-nin (Hollandiya) ikinci komandası ilə "sülh" bağlayıb (0:0), "Eskişəhərspor"a (Türkiyə) uduzub - 1:3. "Qəbələ" yanvarın 25-də "Haladaş" (Macarıstan), 27-də "Metallist"lə (Ukrayna) qarşılaşacaq.
Antalya
Yoхlama oyunu
23 yanvar
13.00 Qəbələ (Azərbaycan) - Kuban (Rusiya)
Fanat.az