“ABB-Moskva” Rusiyanın strateji əhəmiyyət daşıyan kredit müəssisələri siyahısına daxil edilib

11:42 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 11:40 ]


Bakı. Musa Əhmədov - APA-Economics. “ABB-Moskva” bankı Rusiya iqtisadiyyatı üçün strateji əhəmiyyətli müəssisələrin vəsaitləri ilə işləyə bilən kredit təşkilatlarının siyahısına daxil edilib.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “ABB-Moskva” bankı  2014-cü ilin iyulun 21-də qəbul edilmiş “Bank hesablarının və akkreditivlərin açılması, Rusiyanın müdafiə-sənaye kompleksi və təhlükəsizliyi üçün strateji əhəmiyyətli təchizat idarələrinin bank əmanətləri ilə bağlı müqavilələrin bağlanması” federal qanunun I hissəsinin 2-ci maddəsinə və Rusiya Federasiyası qanunvericilik aktlarına edilən və bu ilin əvvəlindən qüvvədə olan dəyişikliyin tələblərinə cavab verən kredit təşkilatlarının siyahısına daxil edilib.

 

Hazırda bu siyahıya Rusiya ərazisində fəaliyyət göstərən bu ölkəyə və xarici dövlətlərə məxsus “Sberbank” “VTB Bank”, “Deutsche Bank”, “BNP Paribas”, “XKF Bank”, “RaiffeisenBank”, “Rosselxozbank” (Rusiyanın Kənd Təsərrüfatı Bankı), “Alfa-Bank”, “Promsvyazbank” (Sənaye və rabitə Bankı), “VTB 24”, “Kredit Avropa Bank” və digərləri daxil olmaqla 140 əsas maliyyə-kredit müəssisəsi daxildir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370096

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR