Cəbhədə 2 erməni hərbçi öldürüldü

Cəbhədə 2 erməni hərbçi öldürüldü
11:44 23 Yanvar 2015
127 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Bu gün səhər Azərbaycan-Ermənistan sərhədində 2 erməni hərbçi məhv edilib.


 

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, hadisə Ermənistanın Tavuş vilayətinin Berd rayonu ərazisində baş verib.

 

Atışma zamanı Ermənistan Silahlı Qüvvələrinin leytenantı Karen Qalstyan və sıravi Artak Sarkisyan öldürülüb.

 

Qeyd edək ki, son günlər cəbhədə vəziyyət xeyli gərginləşib. Erməni tərəfi itkilər verdiyini təsdiqləsə də, Azərbaycan Müdafiə Nazirliyi ordumuzun heç bir itki vermədiyini, bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət etdiyini açıqlayıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191226

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR