Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Quba nümayəndəliyi təsis edilib

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Quba nümayəndəliyi təsis edilib
11:48 23 Yanvar 2015
206 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc 
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin Quba nümayəndəliyi təsis edilib.
Bu barədə AzərTAc-a məlumat verən İctimai Birliyin sədri Səbuhi Abbasov deyib ki, 2006-cı il iyunun 30-da təsis edilən ASGA bir çox layihələr həyata keçirib.
Təşkilatın məqsədi Azərbaycan və slavyan ölkələri gəncləri arasında dostluq və əməkdaşlıq əlaqələri yaratmaq və inkişaf etdirmək, onların problemlərinin ümumi cəhətlərini araşdırmaq, bəşəri dəyərləri öyrənməkdir.
İctimai Birliyin fəaliyyət göstərdiyi müddətdə bir çox yerli və beynəlxalq əhəmiyyətli layihələr reallaşdırdığını deyən S.Abbasov
ASGA-nın ölkə sərhədləri daxilində kifayət qədər nüfuzlu qurum kimi tanındığını, bu səbəbdən də respublikanın ayrı-ayrı regionlarında nümayəndəliklərinin açılmasının zəruriliyini vurğulayıb. Bildirib ki, biz əsas məqsəd və hədəfimizə çatmaq üçün filialların, nümayəndəliklərin açılmasını zəruri hesab edirik. Ötən il Rusiyada, Ukraynada və Polşada nümayəndəliklərin açılması və birgə layihələrin reallaşdırılması baxımından çox əhəmiyyətli olub. Bundan əlavə, Avropa Şurasının gənclər departamenti ilə birgə layihələrin reallaşdırılması ilə bağlı memorandumun imzalanması ASGA-nın beynəlxalq əlaqələrində qazandığı ciddi uğurlardan biridir.
S.Abbasov deyib: “Biz beynəlxalq əlaqələrlə yanaşı, ölkə gənclərinin də vətəndaş cəmiyyəti quruculuğunda iştirakını artırmaq məqsədilə region nümayəndəliklərini təsis etməyə başlamışıq. Ötən il Gəncə nümayəndəliyi təsis edilib və bir neçə mühüm layihələr reallaşdırılıb. Bu gün isə biz uzun sürən texniki planlaşdırmadan sonra Quba nümayəndəliyini təsis etdik. Quba Azərbaycanımızın strateji regionlarından biridir. Burada Azərbaycan tarixinin çox mühüm hissəsi əyani şəkildə qorunub saxlanılmaqdadır. Quba Soyqırımı Memorial Kompleksi isə birmənalı şəkildə erməni xislətini, vəhşiliyini sübutlarla ortaya qoyur. Quba nümayəndəliyinin açılması region gənclərinin ölkənin ictimai həyatında iştirakını stimullaşdıran əsas amillərdən biridir”.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının yeni təsis edilən Quba nümayəndəliyi artıq fəaliyyətə başlayıb. Nümayəndəliyə Qubada öz səmərəli fəaliyyəti ilə tanınan Tamerlan Turabov rəhbərlik edir. Nümayəndəlik bütün zəruri texniki avadanlıqla təchiz olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Slavyan_Gencleri_Assosiasiyasinin_Quba_numayendeliyi_tesis_edilib-826923

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR