Deputat papağı yerə atılan polisə mükafat istəyir

Deputat papağı yerə atılan polisə mükafat istəyir
11:49 23 Yanvar 2015
173 Sosial
Ölkə mətbuatı
A- A+

Milli Məclisinin deputatı Çingiz Qənizadə Leyla Yunusun evində axtarış aparan polislərin mükafatlandırılmasını istəyib. Lent.az-ın məlumatına görə, Ç.Qənizadə axtarış zamanı dözümlülük göstərən polis nəfərinin mükafatlandırılmasının tərəfdarıdır.

 

Yol Hərəkətinin Təhlükəsizliyinin təmin olunmasına həsr olunan tədbirdə çıxış edən deputat deyib: “Leyla Yunusun evində axtarış zamanı polis qarşı təzyiq olunur, onun baş geyimi yerə atılır. Amma həmin polis nəfəri dözümlüyünü göstərir. Bu çox ciddi mənada yaxşı addımdır. Mən bununla bağlı nazirliyə müraciət etdim ki, həmin polis nəfəri mükafatlandırılsın”.

 

Qeyd edək ki, Ç.Qənizadənin hbəhs etdiyi polis əməkdaşı artıq mükafatlandırılıb və rütbəsi bir pillə qaldırılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR