Mobil telefonlar insanları belə dəyişdi - SORĞU - FOTO

Mobil telefonlar insanları belə dəyişdi - SORĞU - FOTO
11:52 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

İnsanlar artıq mobil telefonlarındakı əməliyyat sistemlərinə görə də fərqlənirlər.
"Chitika" analitik-konsaltinq şirkətinin ABŞ-da keçirdiyi sorğunun nəticələri belədir.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın bütün ştatlarında keçirilmiş tədqiqatın nəticələrinə görə, iOS, Android və BlackBerry əməliyyat sistemləri əsasında işləyən smartfon sahibləri bu qaceti yaşam prinsipləri, davranış motorikası və xasiyyətlərinə uyğun alırlar.
 
Alyaska, Montana və Vermont ştatlarında iPhone işlədənlər, Nyu-Meksiko, Ayova və Delaver ştatlarında Android, Nyu-York və Vaşinqton kimi şəhərlərdə isə iOS və Blackberry əməliyyat sistemli telefonlar daha populyardır.
 
Sorğunun nəticələrinin əks olunduğu hesabatda mobil telefonların əməliyyat sistemləri əsasında qruplaşma belə alınıb:
 
iOS işlədənlər. Yəni İCandy-lər
 
1. Qarşılarına qoyduqları məqsədə çatmaq üçün zamanı düşünmədən "xərcləyir"lər.
2. Əsas media sektorunda çalışırlar
3. Çox ambisiyalıdırlar
4. Həmişə daha çox qazanmağı və daha yaxşı vəzifədə işləməyi arzulayırlar.
5. Səyahət etməyi çox sevirlər
6. Geyim, aksessuarlar barədə danışmağı çox sevirlər. Brend "aşiq"idirlər
7. Həyatlarında bir çox məqamları sirr kimi qələmə verməyə çalışırlar.
 
BlackBerry işlədənlər. Yəni "Big Buck"lar
 
1. Çalışqan, işdən qorxmayan adamlardır
2. Əsasən sənaye, maliyyə, daşınmaz əmlak və səhiyyə sektorlarında çalışırlar
3. Telefondan danışmaq, elektron poçtla yazışmaq, SMS üçün istifadə edirlər
4. Uzunmüddətli münasibətlərə üstünlük verirlər
5. Unutqan deyillər
6. Çox qəhvə və çay içirlər
7. Ünsiyyətə açıq insanlardır
 
Android işlədənlər. Yəni "Artistic Android"lər
 
1. Çox kreativdirlər, telefonda "qurdalanmağı" sevirlər
2. Əsasən mədəniyyət, idman və incəsənət, habelə media sahələrində fəaliyyət göstərirlər
3. Yaxşı yeməyi sevirlər
4. İşdən daha çox, əylənməyi, istirahəti sevirlər
5. İş yerində sosial şəbəkələrdə çox vaxt keçirirlər
6. Dedi-qoduya aludədirlər
7. Sosial mediada aktivdirlər
8. Yaradıcı, prinsipial, inadkar insanlardır.
 
Milli.Az
 







Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/320475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR