AZAL komandası yoldaşlıq oyununda “Bakı”ya qalib gəlib

AZAL komandası yoldaşlıq oyununda “Bakı”ya qalib gəlib
11:53 23 Yanvar 2015
175 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, Səxavət Quliyev, AzərTAc
Bakının AZAL futbol komandası qış hazırlığı çərçivəsində dördüncü yoldaşlıq oyununu keçirib.
AzərTAc xəbər verir ki, AZAL komandası “Bakı” ilə qarşılaşıb. “AZAL Arena”da keçirilən oyunda ev sahibi 1:0 hesabı ilə qalib gəlib. AZAL-ın qolunu Seymur Əsədov vurub.
AZAL əvvəlki 3 matçda 2 heçə-heçə edib (“Qaradağ Lökbatan” – 2:2, “Sumqayıt” – 0:0) və 1 qələbə (“Sumqayıt” – 1:0) qazanıb.
Bakı təmsilçisi sonuncu yoldaşlıq görüşünü yanvarın 24-də birinci divizion təmsilçisi “Şuşa”ya qarşı keçirəcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AZAL_komandasi_yoldasliq_oyununda_Bakiya_qalib_gelib-826924

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR