"Neftçi" Avropa Liqasınınn I təsnifat mərhələsində Çernoqoriyanın "Mladost" klubunu iki oyunun nəticəsinə görə məğlub edə bilməyərək mübarizəni dayandırıb.

Goal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Əliyev cavab oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:

"Rəqib xüsusi oyun göstərmədi, nəticəyə oynadılar, qapandılar. Bizə gəlincə, meydanda gənclərimizi gördünüz. Təcrübəsizlikləri öz sözünü dedi, qol imkanlarından yararlana bilmədilər. İki həftə hazırlıq keçmişik, bununla belə, gənclərimizə güvənmək olar, gələcəkdə böyük işlər görə bilərik. Futbolçulardan razıyıq, onlara təşəkkürümü bildirirəm. Komandamız hər iki görüşdə üstün oynadı".

Milli.Az