Azərbaycanda “Təhlükəsiz iş ongünlüyü” elan olunub

Azərbaycanda “Təhlükəsiz iş ongünlüyü” elan olunub
11:54 23 Yanvar 2015
177 Sosial
Ölkə mətbuatı
A- A+

“Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən  yanvarın 26-dan fevralın 5-dək Azərbaycanda “Təhlükəsiz iş ongünlüyü” elan olunub”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, bunu Xidmətin rəisi Fuad Əlizadə bildirib.

 

F.Əlizadə bildirib ki, “Təhlükəsiz iş ongünlüyü”nün keçirilməsində məqsəd işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olmaq, əməyin mühafizəsi sahəsində mövcud olan nöqsanların aradan qaldırılmasını və istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etməkdir. Xidmət rəisi qeyd olunan dövrdə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirlərinin də həyata keçiriləcəyini vurğulayıb: “Respublikanın bölgələrində işəgötürənlərin iştirakı ilə əməyin təhlükəsizliyi məsələlərinə həsr olunmuş dəyirmi masalar, seminar-müşavirələr, görüşlər keçiriləcək. Eyni zamanda DƏMX sosial tərəfdaşlar, sığorta şirkətləri və müəssisələrin nümayəndələri ilə birgə əməyin mühafizəsi sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin geniş müzakirəsi üçün tədbirin keçirilməsini də nəzərdə tutur”. F.Əlizadə qeyd edib ki, televiziya kanallarında ongünlüyün mövzusuna uyğun məsələlərə dair videoçarxlar nümayiş etdiriləcək, mərkəzi küçə və meydanlarda, əhalinin sıx olduğu yerlərdə aidiyyatı reklam lövhələri yerləşdiriləcək. Həmçinin KİV-lərdə əməyin mühafizəsi mövzusunda maarifləndirici materialların, ongünlük çərçivəsində həyata keçirilən tədbirlərə dair məlumatların yayımı təşkil olunacaq.

Xidmət rəisi əlavə edib ki, bu tədbir işəgötürənlərin və işçilərin, ümumən cəmiyyətin diqqətini əməyin təhlükəsizliyi problemlərinin ciddiliyinə yönəldilməsini nəzərdə tutur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191228

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR