Donetsk separatçıları ciddi itki verdiklərini etiraf ediblər

11:57 23 Yanvar 2015
183 Dünya
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 11:55 ]

Bakı – APA. Ukraynanın şərqindəki separatçılar son sutka ərazində ciddi itki verdiklərini etiraf ediblər.

APA-nın “RİA Novosti”yə istindən verdiyi məlumata görə, “Donetsk Xalq Respublikası” separatçı rejiminin qərargah rəisinin müavini Eduard Basurin ötən sutka ərzində 24 döyüşçü itirdiklərini bildirib: “Bu gün biz şəxsi heyət arasında ən çoxsaylı itkiləri vermişik. 24 nəfər həlak olub, 30 nəfər yaralanıb”.

 

E. Basurin son sutka ərzində Ukrayna tərəfdən ölən və yaralananların sayının 50-yə yaxın olduğunu iddia edib.    


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370100

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR