Prezident Davosda “Bakı 2015”in təqdimatında

Prezident Davosda “Bakı 2015”in təqdimatında
11:59 23 Yanvar 2015
186 İdman
Ölkə mətbuatı
A- A+

Davosda “Bakı 2015” ilk Avropa Oyunlarının təqdimatı olub. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyev mərasimdə iştirak edib. Bu il Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar həm Sürix, həm də Davos şəhərlərinin müxtəlif yerlərində oyunlara həsr olunan reklam lövhələri vurulub.


Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə keçirilən təqdimat mərasiminə İsveçrənin ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, Dünya İqtisadi Forumunda iştirak edən xarici ölkələrin təmsilçiləri qatılıblar.

Qonaqlar əvvəlcə Azərbaycan heykəltəraşlarının “Bakı-2015”ə həsr olunmuş bürünc heykəllərindən ibarət sərgiyə baxıblar. “Biz birlikdə” adlanan bu sərgidə 20-dən çox heykəltəraşımızın idmanın müxtəlif növlərini təsvir edən əsərləri sərgilənib. Onların hər biri müxtəlif cərəyanları nümayiş etdirməklə ilk Avropa Oyunlarının həyəcanını sənətin dili ilə dolğun əks etdirib.

Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunan bukletləri təqdim edilib. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə çıxış edib. Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış edib. Daha sonra mərasim iştirakçıları “Bakı-2015”ə həsr olunan filmə baxıblar. Filmdə ilk Avropa Oyunlarına hazırlıq işləri və digər tədbirlər barədə geniş məlumat verilib.

Qeyd edək ki, ilk Avropa Oyunları Bakıda 21 idman obyektində keçiriləcək. Bu məqsədlə yeni arenalar inşa edilir, mövcud qurğular yenilənərək hazır vəziyyətə gətirilir. Açılış mərasiminin baş tutacağı 68 min nəfərlik Bakı Olimpiya Stadionundan əlavə, Bakıda 7300 nəfərlik Olimpiya şəhərciyi də oyunlara hazırlanır. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycana beynəlxalq miqyasda göstərilən maraqdan irəli gəlir. 






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191230

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR