Nümunəvi yol polisləri mükafatlandırıldı

Nümunəvi yol polisləri mükafatlandırıldı
12:04 23 Yanvar 2015
253 Sosial
Ölkə mətbuatı
A- A+

Avtosfer.az və "Digesta"  hüquq firmasının birgə təşəbbüsü və təşkilatçılığı ilə "Yol hərəkətini təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyətinə" həsr olunan tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə millət vəkilləri, Bakı şəhəri Dövlət Yol Polisi idarəsinin yüksək rütbəli əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbirin başlıca məqsədi ölkəmizin paytaxtında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin və şəxsi heyətinin ötən il ərzində həyata keçirdiyi fəaliyyətə nəzər salmaq, habelə xidmətdə fərqlənən əməkdaşları təltif etməkdir. Avtosfer.az saytı fəaliyyət göstərdiyi bir ilə yaxın müddətdə Dövlət Yol Polisinin fəaliyyətini yaxından izləyərək, bu fəaliyyəti müxtəlif istiqamətlərdən işıqlandırıb. Bu zaman yol hərəkətinin təşkili və hərəkət təhlükəsizliyinə nəzarətlə bağlı xeyli irad və təklifləri olub.

Bütövlükdə ölkəmizdə və paytaxtda Bakıda nəqliyyatının sürətlə artığı bir şəraitdə təhlükəsizlik, fasiləsiz və rahat hərəkətin təmin olunması Dövlət Yol Polisinin fəaliyyəti üçün də yeni tələblər doğurub. Dövlət Yol Polisi yollarında rahat və fasiləsiz hərəkəti təmin etmək, cəmiyyətin nəqliyyatın zərərli təsirlərindən qorumaq üçün üç istiqamətdə fəaliyyət fəaliyyət göstərir.

 

1. Yol hərəkətinin təşkili

2. Yol hərəkəti iştirakçılarının maarifləndirilməsi

3. Yol hərəkəti təhlükəsizliyinə nəzarət.

 

Tədbirdə millət vəkilləri, Dövlət Yol Polis İdarəsinin əməkdaşları çıxış edərək vətəndaş-polis münasibətləri haqqında danışıblar.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191234

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR