Azərbaycanın bəzi yerlərində havanın temperaturu 17 dərəcəyə çatacaq

Azərbaycanın bəzi yerlərində havanın temperaturu 17 dərəcəyə çatacaq
13:02 26 Dekabr 2014
53 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 12:56 ]

Dekabrın 28-29-da atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini tez-tez əvəz etməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir

Bakı. Könül Kamilqızı - APA. Dekabrın 27-də Bakı və Abşeron yarımadasında hava şəraitin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

 

 Havanın temperaturu gecə 5-8, gündüz 9-14 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında da sabah əsasən yağmursuz hava">hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

 

Dekabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Lakin dekabrın 28-də və 29-da atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini tez-tez əvəz etməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367346

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR