İlham Əliyev Səudiyyə Ərəbistanı Kralına başsağlığı verib

İlham Əliyev Səudiyyə Ərəbistanı Kralına başsağlığı verib
12:13 23 Yanvar 2015
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda başsağlığı verib.

Başsağlığında deyilir: "İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Yüksək nüfuz sahibinə malik, özünün bütün fəaliyyəti ilə xalqına hədsiz sədaqət nümunəsi göstərmiş Kral Abdullah bin Əbdüləziz Al Səud müdrik və uzaqgörən siyasətçi kimi beynəlxalq aləmdə və Səudiyyə Ərəbistanın tarixində silinməz iz qoymuşdu. O, müsəlman dünyası və xalqları arasında birlik və həmrəyliyin bərqərar olmasında böyük rol oynamışdır. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və genişlənməsində Kral Abdullah bin Əbdüləziz Al Səudun müstəsna xidmətləri olmuşdur.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, qardaş Səudiyyə Ərəbistanı xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2356335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR