Qız Qalası və Şirvanşahlar Sarayına gələn ziyarətçilərin sayı artıb

Qız Qalası və Şirvanşahlar Sarayına gələn ziyarətçilərin sayı artıb
12:17 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 12:11 ]


Bakı. Cavid Zeynallı – APA. 2014-cü ildə Qız Qalasını 215407, Şirvanşahlar Sarayı Kompleksini isə 81482 nəfər yerli və xarici qonaq ziyarət edib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, 2012-2013-cü illərlə müqayisədə ziyarətçi sayında artım müşahidə olunub:

 

“Aparılan uzunmüddətli konservasiya işlərindən və yeni muzey ekspozisiyasının qurulmasından sonra 2014-cü ilin yanvar ayında Qız Qalası yenidən öz qapılarını ziyarətçilər üçün açıb. Həmçinin, həmin ilin mart ayında da Şirvanşahlar Sarayı Kompleksində dünya standartlarına cavab verən yeni muzey ekspozisiyası yaradılaraq ictimaiyyətə təqdim edilib. Hər iki yeni ekspozisiya muzeylərə gələn qonaqların zövqünü oxşayıb və nəticədə 2014-cü ildə İçərişəhərin bu muzeylərinə gələn ziyarətçilərin sayında əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Eyni zamanda, 2014-cü ildə Təhsil Nazirliyinin dəstəyi ilə 93 orta ümumtəhsil və 4 internat məktəbinin şagirdləri üçün İçərişəhərdə və burada yerləşən muzeylərdə ödənişsiz bələdçi turları təşkil edilib”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370101

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR