Beyləqanda əmək veteranları parkı istifadəyə verilib

12:18 23 Yanvar 2015
180 Ölkə
Ölkə mətbuatı
A- A+


Beyləqan, 23 yanvar, AzərTAc.
Beyləqan şəhərində yenidən qurulan əmək veteranları parkı sakinlərin istifadəsinə verilib.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, əmək veteranları iştirak ediblər.
Çıxış edənlər sakinləri parkın istifadəyə verilməsi münasibətilə təbrik ediblər. 1939-cu ildə Beyləqan rayonu yaradılandan indiyədək müxtəlif sahələrdə çalışan əmək adamlarının uğurlarından bəhs olunub. Ümummilli lider Heydər Əliyevin əməkçi insanlara daim diqqət və qayğı ilə yanaşdığını deyən mərasim iştirakçıları bildiriblər ki, Ulu Öndər 5 dəfə Beyləqanda səfərdə olub, əmək adamları ilə görüşüb, söhbət edib.
Mərasimdə çıxış edən əmək veteranları göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbir Gənclər Mərkəzində çay süfrəsi arxasında davam edib. “Mil” xalq çalğı alətləri ansamblının ifasında səslənən musiqi nömrələri iştirakçılara xoş ovqat bəxş edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beyleqanda_emek_veteranlari_parki_istifadeye_verilib-826930

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR