Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi
12:22 23 Yanvar 2015
177 Sosial
Ölkə mətbuatı
A- A+

Xalq artisti Nuriyyə Əhmədova xəstəxanaya yerləşdirilib
Xalq artisti Nuriyyə Əhmədova dünən gecə saatlarında Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan APA-ya verilən məlumata görə, xalq artisti hipertoniya və qan dövranının pozğunluğu diaqnozu ilə xəstəxanaya qəbul edilib:

“Hazırda vəziyyəti normaldır. Ciddi, narahatlığa səbəb olacaq heç bir şey yoxdur”.

Xəstəxanadan əlavə ediblər ki, xalq artisti sabah palataya köçürüləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/320523.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR