Cəbhədə erməni təxribatının qarşısı alınıb, qarşı tərəf itki verib

Cəbhədə erməni təxribatının qarşısı alınıb, qarşı tərəf itki verib
12:27 23 Yanvar 2015
91 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur ediliblər.

Qarşı tərəfin ilkin rəsmi məlumatına görə, işğalçılardan leytenant Karen Qalstyan və sıravi Artak Sarkisyan məhv edilib.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib. Azərbaycan əsgəri cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/320520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR