İrəvanda zibil daşınması ilə məşğul olan şirkətin işçiləri Serj Sarkisyanın iqamətgahı qarşısında aksiya keçirirlər

İrəvanda zibil daşınması ilə məşğul olan şirkətin işçiləri Serj Sarkisyanın iqamətgahı qarşısında aksiya keçirirlər
13:07 26 Dekabr 2014
99 Dünya
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 13:05 ]

Bakı. Anaxanım Hidayətova - APA. İrəvanda prezident iqamətgahı qarşısında “Kentron makrutyun” şirkəti işçilərinin etiraz aksiyası keçirilir.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları maaş və məzuniyyət pullarının verilməsini tələb edirlər. Zibil daşınması ilə məşğul olan şirkət beynəlxalq operatora veriləndən sonra müflisləşmə təhlükəsi ilə üzləşib.

 

Aksiya iştirakçıları bildirirlər ki, problem tezliklə həll olunmasa, onlar prezident iqamətgahı qarşısındakı prospekti bağlayacaqlar.

 

Qeyd edək ki, bir müddət əvvəl şirkətin işçiləri İrəvan şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Onlara meriyadan bildiriblər ki, pulları “Kentron makrutyun” şirkətinin zibil daşıyan maşınları satılandan sonra ödənəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR