20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir

20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir
12:33 23 Yanvar 2015
256 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Abşeron Rəsm Qalereyasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə şagirdlər arasında “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda müsabiqə keçirilib.
BŞGİBİ-dən AzərTAc-a bildiriblər ki, sərgidə 70-ə yaxın qrafik janrda, müxtəlif texnikalarda işlənən rəsm əsərləri nümayiş etdirilib. Yeniyetmə rəssamlar quaş, pastel, sulu boya, karandaş, flomaster, tuş və sair materiallardan məharətlə istifadə edərək 20 Yanvar faciəsinin real görüntülərini yaradıblar.
Sonra tədbirdə iştirak edən qonaqlar sərgiyə baxıblar.
“20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda rəsm müsabiqəsində ilk üç yeri tutan iştirakçılar mükafatlandırılıblar.
Müsabiqənin yekunlarına görə, Əli Piriyev (Nizami rayonu), Mirəhməd Musayev (Yasamal rayonu), Fatimə Əlizadə (Xəzər rayonu) müvafiq olaraq I, II, III yerlərə layiq görülüblər.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_faciesi_xalqimizin_qehremanliq_salnamesidir-826936

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR