“Rabitə və informasiya texnologiyaları sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə qərarda dəyişiklik olunub

“Rabitə və informasiya texnologiyaları sahəsinə aid olan qulluqçu vəzifələrinin  Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə qərarda dəyişiklik olunub
12:36 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Rabitə və informasiya texnologiyaları sahəsinə aid olan qulluqçu vəzifələrinin  Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə 2012-ci il 19 iyun  tarixli 06 nömrəli kollegiya qərarında dəyişikliklər edib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, dəyişikliyə əsasən, qərarın adında, birinci bəndində “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi” sözləri “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə, “Rabitə və informasiya texnologiyaları” sözləri “Rabitə və yüksək texnologiyalar” sözləri ilə, üçüncü bəndində isə “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi” sözləri “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi”  sözləri ilə əvəz edilib.
 
Həmin qərarla təsdiq edilmiş “Rabitə və informasiya texnologiyaları sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın adında və ona əlavə olunmuş cədvəlin başlığında “Rabitə və informasiya texnologiyaları” sözləri “Rabitə və yüksək texnologiyalar” sözləri ilə əvəzlənib.
 
Həmin qərarla təsdiq edilmiş “Rabitə və informasiya texnologiyaları sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın “TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ” bölməsinin “Baş xəzinədarlığın rəisi” hissəsinin üçüncü abzasında “rabitə və informasiya texnologiyaları” sözləri “rabitə və yüksək texnologiyalar”  sözləri ilə əvəz edilib.
 
CAHANGİR


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34919-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR