AMEA-nın Yer Elmləri Bölməsi illik hesabat verib

12:38 23 Yanvar 2015
181 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, İ.Əsədov, T.Ağayeva, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin (YEB) 2014-cü ildəki fəaliyyətinə həsr olunan hesabat yığıncağı keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, YEB-nin elmi müəssisə və təşkilatlarının rəhbərliyi, bölmə üzrə mühüm nəticələrin icraçıları iştirak edirlər.
Tədbirdə YEB-nin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov çıxış edərək bölmədə görülən işlər barədə məlumat verib.
Bildirilib ki, 2014-cü ildə bölmə üzrə prioritet istiqamətlərdə tədqiqatlar aparılıb, alınmış nəticələrin bir çoxu “Thomson Reuters” agentliyinin bazasına daxil olan impakt faktorlu jurnallarda dərc olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AMEA_nin_Yer_Elmleri_Bolmesi_illik_hesabat_verib-826939

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR