Arıqlamaq istədilər, eybəcərləşdilər - FOTO

Arıqlamaq istədilər, eybəcərləşdilər - FOTO
12:42 23 Yanvar 2015
705 Maraqlı
Ölkə mətbuatı
A- A+

2 il əvvəl Ceykobun çəkisi 152,4 kiloqram idi. İndisə o arıqlayıb və 75 kq olub.
Amma Ceykob arıqladığına əsla sevinmir. Onun bədəninin müxtəlif yerlərindən dəri sallanır, əzələləri jele təsiri bağışlayır.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Mançester şəhərində yaşayan 29 yaşlı Ceykob Malliqan sərt pəhriz və gündəlik məşqlər nəticəsində izafi çəkisindən qurtulsa da, yanlış addımlar atdığını etiraf edir.
 
Onun çəkisi azalıb, mütəxəssis rəhbərliyi olmadan edilən məşqlər sonucunda dərisi sallanıb.
Britaniyanın Channel 5 telekanalındakı "Botched Up Bodies" proqramında bu axşam Ceykobla yanaşı, onun kimi şəxslərdən, yəni izafi çəkidən qurtulmaq üçün pəhriz saxlayan və məşq edən, amma vücudlarını daha da pis edən şəxslərdən bəhs olunacaq.
 
Belə şəxslərdən biri də 6 uşaq anası Syu MakManusdur.
 
Syu da kökdü, tosqundu. Onun 137 kq çəkisi vardı.
İki il sürəkli məşq edən, pəhriz saxlayan Syu arıqlayandan sonra sallaq dəri hissələrindən qurtulmaq üçün çoxsaylı plastik cərrahiyyə əməliyyatlarına məruz qalıb.
 
Fəqət əməliyyatlar durumu daha da ağırlaşdırıb.
 
"Güzgüyə baxa bilmirəm. Özümdən iyrənirəm. Hətta ərimin yanında soyunmağa utanıram. Özümü sanki başqasının bədənində hiss edirəm. Bütün bunlar yanlış məşqlər və izafi arıqlığın nəticəsidir", - Syu deyib.
 
Milli.Az
 






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR