Yağış yağacaq

Yağış yağacaq
12:44 23 Yanvar 2015
159 Sosial
Ölkə mətbuatı
A- A+

Yanvarın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı gözlənilir. Gecə və səhər çiskin olacaq, günün ikinci yarısında yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2, gündüz  5-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4 dərəcə, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. 

Yanvarın 26-sına qədər hava yağıntılı olacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191239

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR