Kral sarayında matəm elan etdi

Kral sarayında matəm elan etdi
12:46 23 Yanvar 2015
195 Dünya
Ölkə mətbuatı
A- A+

İordaniya kralı II Abdulla 40 gün Səudiyyə Ərəbistanı kralının yasını saxlayacaq.

ANS PRESS-in məlumatına görə, kral Abdula bu gecə vəfat edən kral Abdulla Abdul Əziz Səidin ölümü ilə bağlı öz sarayında 40 günlük matəm elan edib.

"İordaniyanın Kral dəftərxanası funksiyasını yerinə yetirən Кralın haşimi divanı bu gündən etibarən kral sarayında 40 gün müddətində matəm elan etdi", - deyə hökumət bəyanat yayıb.

Kralın dəfn mərasimi bu gün baş tutacaq. Kralın cəsədi ölkənin paytaxtı Ər-Riyadda yerləşən imam Türki ben Abdulla məscidinə aparılıb. Cəsəd İslam qaydalarına uyğun olaraq yuyulduqdan sonra Əl-Ud məscidində dəfn ediləcək.

Abdulla Abdul Əziz Səid cümə gecəsi vəfat edib. Səudiyyə Ərəbistanının altıncı kralı ömrünün 91-ci ilində dünyasını dəyişib. Taxt-tac onun qardaşı Salmana qalıb.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321348

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR