Sabah Abşeron yarımadasında mülayim cənub-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 24-də Bakıda və Abşeron yarımadasında buludlu havanın üstünlük təşkil edəcəyi, gecə və səhər arabir çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Abşeron yarımadasında temperatur gecə 0-2, gündüz 5-8 dərəcə isti olacaq.
Yanvarın 24-də rayonlarda da arabir yağış yağacağı, dağlıq və dağətəyi bölgələrdə sulu qar, qara keçəcəyi ehtimal olunur. Ayrı-ayrı yerlərdə şərq küləyi əsəcək.
Temperatur aran rayonlarında gecə 0-4 dərəcə isti, gündüz 5-9 dərəcə isti, dağlıq rayonlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq. Mənbə
ANS PRESS