Qusarda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

13:12 26 Dekabr 2014
63 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 13:07 ]

 

Bakı. Fuad Cəfərov -APA. Qusar rayonunda ağır yol qəzası qeydə alınıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 25-də saat 21 radələrində Qusar rayonunun Şirvanovka kəndində rayon sakinləri Kamil Mahmudovun idarə etdiyi “VAZ-21112” və Rəhman Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. K.Mahmudov və sərnişini - həmkəndlisi Məhəmməd Alxasov hadisə yerində dünyasını dəyişib, R.Məmmədov xəstəxanaya yerləşdirilib.

Qusar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367350

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR