"Əvəzedici komandada oynamaqla inkişaf etmək çətindi"

"Əvəzedici komandada oynamaqla inkişaf etmək çətindi"
12:47 23 Yanvar 2015
177 İdman
Ölkə mətbuatı
A- A+

"Müvafiq oyunların hamısını izləməyə çalışırıq. Təkcə oyunlara yox, məşqlərə də baxırıq. Elə futbolçular var ki, potensiallarından aşağı çıxış edirlər. Bir qismi isə, əksinə, indi daha yaxşıdılar. Axtarışlarımız davam edir". Fanat.az xəbər verir ki, bu sözləri Türkiyənin Antalya şəhərində Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışı və yoxlama oyunlarını izləyən Azərbaycan U-21 yığmasının baş məqşçisi Yaşar Vahabzadə deyib.


Baş məşqçi fevralda təlim-məşq toplanışı keçirəcəklərini deyib: Fevralın 20-dən 26-dək Antalyada təlim-məşq toplanışında olacağıq. Həmin müddətdə 2 yoxlama oyunu keçirmək istəyirik. Bu istiqamətdə işlər gedir".


Vahabzadə yığma üzvlərinin əvəzedici komandada oynamasından narazıdı: "Komanda yeni olsa da, artıq 2 dəfə biraraya gəlib. Ötən ilin oktyabrında Almaniyada, noyabrda isə Maltada təlim-məşq toplanışında olduq. Maltada olarkən bu ölkənin U-21-i ilə yoxlama oyunda da gücümüzü sınadıq. U-21-ə mütəmadi dəvət edilən futbolçular yenə komanda ilə birgə olacaqlar. Belə demək mümkünsə, komandanın özəyi var. Təəssüf ki, U-21-in əksər üzvləri klublarında əsas deyil, əvəzedici komandada çıxış edir. Halbuki onlar əsas komandaya düşməli, ustalıqlarını artırmalıdırlar. Əvəzedici komandada oynamaqla inkişaf etmək çətindi".


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotvzedici-komandada-oynamaqla-inkiaf-etmk-ctindiquot-t17726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR