Rusiyada azərbaycanlı məhbus cəzaçəkmə müəssisəsində intihar edib

12:52 23 Yanvar 2015
134 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 12:43 ]

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Çelyabinsk vilayətinin Kasli cəzaçəkmə müəssisəsində azərbaycanlı məhbus asılmış vəziyyətdə tapılıb.

APA-nın “telefakt.ru” saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı məhkumu turnikdə ipdən asılmış vəziyyətdə başqa bir məhbus aşkar edib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları gəlib.

 

İlkin ehtimala görə, o, özünə qəsd edib.

 

Rusiya Federasiyası İstintaq Komitəsinin Çelyabinsk vilayəti üzrə İstintaq İdarəsinin məlumatına görə, meyitə ilkin baxış zamanı üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

 

Qeyd edək ki, adı açıqlanmayan azərbaycanlı məhkum Tümendə baş vermiş zorlanma faktı ilə əlaqədar cəzasını ümumi tipli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. 1 il əvvəl həbsxanaya düşən məhbusun cəzası 2021-ci ildə bitməli idi.

 

Hadisənin motivləri və baş vermə şəraiti araşdırılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370115

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR