Şahdağa gedənlərə xəbərdarlıq

Şahdağa gedənlərə xəbərdarlıq
13:01 23 Yanvar 2015
189 Ölkə
Ölkə mətbuatı
A- A+

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm Assosiasiyası ilə “Şahdağ” turizm kompleksi birgə monitorinqlər keçirir.

ANS PRESS-in Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Şahdağ" turizm kompleksinə turizm şirkətləri vasitəsilə səfər edən turistlərin təhlükəsizliyinin təmin olunması, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xüsusi razılığı (lisenziyası) olmadan fəaliyyət göstərən tuzim şirkətlərinin qanunsuz turlarının qarşısının alınması və kompleksə gələn turistlərin bu sahədə maarifləndirilməsi üçün Azərbaycan Turizm Assosiasiyası ilə "Şahdağ" turizm kompleksi birgə monitorinqlərə başlayıb.

18 yanvar 2015-ci il tarixində keçirilmiş monitorinqlər zamanı qanunsuz fəaliyyət göstərən iki turizm şirkəti tərəfindən kompleksə kommersiya xarakterli turların təşkil olunması halları müşahidə olunub. Bununla yanaşı, avtobuslar vasitəsilə özfəaliyyət formasında turist qrupları yığaraq turlar təşkil olunur.

Yuxarıda qeyd olunan xoşagəlməz halların qarşısının alınması və "Şahdağ" turizm kompleksinə səfər zamanı təhlükəsizliyin təmin olunması məqsədilə həm Azərbaycan, həm də xarici vətəndaşlardan xahiş olunur ki, səfər zamanı turlar təşkil edən şirkətlərdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş xüsusi razılığı (lisenziyanı) tələb etsinlər.

Bildiririk ki, monitorinqlər qış turizm mövsümündə davam etdiriləcək və belə hallar aşkar edildiyi təqdirdə müvafiq qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilmiş turizm şirkətlərinin siyahısı ilə www.azerbaijan.travel internet saytı vasitəsilə tanış ola bilərsiz.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=321406

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR