Yüksək Texnologiyalar Parkında beynəlxalq təlim kursları keçiriləcək

Yüksək Texnologiyalar Parkında beynəlxalq  təlim kursları keçiriləcək
13:06 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar  Parkında  beynəlxalq  təlim kursları keçiriləcək. Azərbaycanda ilk dəfə olaraq təşkil edilən bu təlimlər “Professional Diploma in Digital Marketing” adlanır.
 
Təlimlər cari ilin fevral ayının 13-dən etibarən başlayacaq və 10 həftə ərzində davam edəcək. Kursları müvəffəqiyyətlə bitirən iştirakçılara  Avropanın Kvalifikasiya və Akkreditasiya Sisteminin 5-ci pilləsinə uyğun olan  nüfuzlu “Digital Marketing İnstitute” sertifikatı təqdim ediləcək.  
 
Qeyd edək  ki, beynəlxalq təlim kursları İrlandiyanın “Digital Marketing İnstitute” təhsil müəssisəsinin Azərbaycan üzrə rəsmi təhsil tərəfdaşı olan “DMİ Azerbaijan”ın (www.dmi.az)  təşkilatçılığı və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə həyata keçiriləcək.
 
 
 
Həqiqət İSABALAYEVA
 
 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34920-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR