Məhkum ölü tapıldı

Məhkum ölü tapıldı
13:16 23 Yanvar 2015
183 Sosial
Ölkə mətbuatı
A- A+

Rusiyada azərbaycanlı həbsxanada ölüb.

ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, 25 yaşlı məhkum hadisə zorlama ittihamı ilə Kasli kolonyasında saxlanılıb.

Bir ilə yaxın islah müəssisəsində saxlanılan şəxsin meyiti turnikdən asılmış vəziyyətdə aşkarlanıb. Onu gecə saatlarında ayaqoluna gedən başqa məhkum görüb.

İlkin ehtimala görə, məhkum intihar edib.

"Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Məhkum kolonyada olduğu müddətdə iki dəfə intizamı pozub", - deyə həbsxanadan bildirilib.

Məlumata görə, Tümendə törətdiyi zorlamaya görə Azərbaycan vətəndaşı 8 il azadlıqdan məhrum edilmişdi. O, öz günahını etiraf etməyib. Məhkumun cəzası 2021-ci ildə bitməli idi.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=321398

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR