Sürücülərin xəbəri yoxdur? - VİDEO

Sürücülərin xəbəri yoxdur? - VİDEO
13:17 23 Yanvar 2015
188 Sosial
Ölkə mətbuatı
A- A+

Tək Bakının problemi deyil...
"KANAL S" (Region TV) xəbər verir ki, axşam saatlarında işdən evə qayıdanlar evə getməkdə çətinlik çəkirlər. Çünki Şəkidə axşam düşən kimi şəhərdaxili avtobuslar işləmir. Məcbur qalan sakinlər ya taksi ilə gedirlər, ya da ki piyada.

Axşam saat 7-dən sonra Şəkidə bəzi marşrut avtobuslarını tapmaq müşkülə çevrilir. Avtobuslar ya müəyyən edilmiş marşrut xəttini yarıya kimi gedir, ya da axşam saatlarında ümumiyyətlə işləmir. Bu isə avtobus dayanacaqlarında gözləyən sərnişinlərin haqlı narazılığına səbəb olur.

Halbuki, şəhərdaxili avtobuslar Nəqliyyat Nazirliyinin iş qrafikinə uyğun olaraq səhər saat 7-dən axşam saat 8-ə kimi işləməlidir. Avtobus sürücüləri isə bunu sərnişinlərin az olması ilə əlaqələndirir və onlara bu yolu getməyin sərf etmədiyini bildirirlər.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki Regional Şöbəsindən isə məsələ ilə bağlı şikayətlərin daxil olmadığını bildirirlər. Bu cür hallarla rastlaşan zaman sakinlərin idarəyə məlumat vermələri xahiş olunur.

Bəzi avtobus sürücüləri isə axşam saat 8-dək işləməli olduqlarını belə bilmirlər. Odur ki, bu cür hallara qarşı tədbirlərin görülməsi labüddür.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320529.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR