“İrəli” 6 yaşını cəbhə xəttində qeyd edib

“İrəli” 6 yaşını cəbhə xəttində qeyd edib
13:22 26 Dekabr 2014
55 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 13:16 ]

Bakı. Etibar Məmmədov - APA. “İrəli” İctimai Birliyi 6 yaşını cəbhə xəttində yerləşən N saylı hərbi hissədə əsgərlərlə birgə qeyd edib.

Birlikdən verilən APA-ya məlumata görə, tədbirdə gənclər təşkilatının üzvləri, Müdafiə Nazirliyinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən birliyin sədri Mirhəsən Seyidov əsgərlərə təşkilat haqqında məlumat verərək bildirib ki, “İrəli” yarandığı gündən indiyədək on minlərlə gənci öz ətrafında birləşdirib. O, dekabrın 24-də təşkilatın ad günündə “İrəli”nin yeni loqosunun və korparativ üslubunun ictimaiyyətə təqdim edildiyini xatırladıb: “Amma qərara aldıq ki, ad günümüzü cəbhə xəttində xidmət edən əsgərlərlə birgə qeyd edək. Bu gün sizlər əsgərsiniz, amma sabah millət vəkili, iş adamı və digər sahələrdə özünüzü təsdiqləmiş olacaqsınız və buna görə hər birimiz ulu öndər Heydər Əliyevə borcluyuq. Çünki təməli hələ onun dövründə qoyulan gənclər siyasəti bu gün prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Lakin bizim bir əsas problemimiz var və o da Qarabağdır, işğal edilmiş ərazilərdir. Əminəm ki, qüdrətli Azərbaycan ordusu tezliklə qələbə bayrağını Şuşaya sancacaq və “İrəli” növbəti ad gününü azad olunmuş Qarabağ torpaqlarında şücaətli əsgərlərlə birgə qeyd edəcək”.

 

Tədbirdə hərbi xidmət dövründə fərqlənən əsgərlərə hədiyyələr təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR