Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı alınıb

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı alınıb
13:38 23 Yanvar 2015
83 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc 
Ermənistanın kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.
Qarşı tərəfin ilkin rəsmi məlumatına görə, işğalçılardan leytenant Karen Qalstyan və sıravi Artak Sarkisyan məhv edilib.
Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib. Azərbaycan əsgəri cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ermenistan_silahli_quvvelerinin_texribatinin_qarsisi_alinib-826964

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR