Paskal Monye: “Həmsədrlər danışıqların bərpasına çalışırlar”

Paskal Monye: “Həmsədrlər danışıqların bərpasına çalışırlar”
14:09 23 Yanvar 2015
109 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istəyimiz ondan ibarətdir ki, danışıqlar bərpa olunsun. Çalışacağıq ki, tərəflər arasında etimad tədbirlərini gücləndirək”.

 

Bu sözləri APA-ya açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Monye deyib.

 

Onun sözlərinə görə, istər şəxslər, istərsə  də dövlətlərarası bütün münaqişələrdə bir faktor əsas götürülür: “Barışıq o halda mümkündür ki, tərəflər barışmaq istəsinlər. Azərbaycan və Ermənistanı maraqlandıran digər mövzuları da daxil etməklə onları dialoqa cəlb etmək olar. Çalışırıq ki, dialoqu və qarşılıqlı anlayışı möhkəmləndirək ki, Cənubi Qafqazda sülh bərqərar olunsun”.

 

Fransalı diplomat deyib ki, hazırda həmsədrlər dialoqun bərpası üçün əvvəlcə Azərbaycanın, daha sonra Ermənistan xarici işlər naziri ilə görüşə səy göstərirlər: “ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlar prosesi ilə bağlı fəal olmaqda davam edirlər. Düşünürəm ki, Böyük Sülh Sazişinin imzalanması üçün bütün sahələrdə dialoqun aparılması vacibdir. Hazırda itkin düşmüş şəxslərə dair məlumatların mübadiləsinin Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə reallaşdırılması gözlənilir”.

 

P.Monye qeyd edib ki, münaqişənin həlli ilə bağlı 2014-cü ildə 2 element nəzərə alınmaqla ziddiyyətli məqamlar olub: “Minsk Qrupunun həmsədrləri münaqişənin həlli ilə bağlı tərəflər arasında dialoqun davam etdirilməsinə cəhd ediblər. Prezidentlər arasında əvvəlcə Rusiya prezidenti Vladimir Putinin, daha sonra ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə görüş keçirilib. Fransa prezidenti Fransua Olland mayda Azərbaycan və Ermənistana səfəri zamanı təkliflərini irəli sürüb və oktyabrda onun təşəbbüsü ilə Parisdə 3-cü görüş baş tutub. Ziddiyyət isə ondan ibarətdir ki, diplomatik səylərin fonunda zorakılıq hallarının artması və atəşkəsin pozulması hallarına bu il daha çox rast gəlinib”.


 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR