Tehran ilə Bakı arasındakı münasibətlərdə yeni səhifə açılıb

Tehran ilə Bakı arasındakı münasibətlərdə yeni səhifə açılıb
14:18 23 Yanvar 2015
191 Ölkə
Ölkə mətbuatı
A- A+


Tehran, 23 yanvar, AzərTAc
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 21-də Davos İqtisadi forumu çərçivəsində İran İslam Respublikası Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhəvəndian ilə görüşü İran mətbuatında geniş işıqlandırılıb.
İranın “İrna”, “Mehr”, “Fars” saytlarında görüş haqqında verilən məlumatlarda qeyd edilir ki, ötən il Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərlərindən sonra rəsmi Tehran ilə Bakı arasındakı münasibətlərdə yeni səhifə açılıb. Tərəflər regionda və beynəlxalq aləmdə təhlükəsizliyin təmin olunması, terrorçuluğa qarşı mübarizədə vahid mövqedən çıxış etməyi qərara alıblar. Bundan başqa Azərbaycan ilə İranın ikitərəfli əlaqələri də yüksələn xətlə inkişaf edir.
Bildirilib ki, Davosda keçirilən görüşdə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.
Xəbərlər adı çəkilən saytlar tərəfindən fars dilindən başqa, ingilis və türk dillərində də dərc olunub.
Rabil Kətanov
AzərTAc-ın xüsusi müxbiri
Tehran

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehran_ile_Baki_arasindaki_munasibetlerde_yeni_sehife_achilib-826984

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR