Gənclər və idman naziri Biləsuvarda bölgə sakinlərini qəbul edəcək

14:18 23 Yanvar 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+



Bakı, 23 yanvar, AzərTAc
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, gənclər və idman naziri Azad Rəhimov yanvarın 27-də Biləsuvar şəhərində Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayonlarından olan sakinləri qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasında (Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi, 120. Heydər Əliyev parkının ərazisi) başlanacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 26-dək saat 09:00-dan 18:00-dək aparılacaq.
Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar Ağcabədi (050-515-29-00), Beyləqan (055-743-12-12), Biləsuvar (050-504-44-22) və İmişli (055-635-66-49) rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencler_ve_idman_naziri_Bilesuvarda_bolge_sakinlerini_qebul_edecek-826983

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR