Təranə Qumral: "Mən kişinin dəlisini sevirəm"

Təranə Qumral: "Mən kişinin dəlisini sevirəm"
14:42 23 Yanvar 2015
262 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Təranə Qumral sevdiyi kişidən danışıb. O, sakit, dilsiz-ağızsız kişiləri bəyənmədiyini eitraf edib
Milli.Az tabloid.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Space" telekanalına açıqlamasında bildirib.

"Musanın hayı-küyü var. Mən kişinin dəlisini sevirəm. Mən qoyun kimi kişiləri sevmirəm. Kişilərimiz igid olmalıdır. Vuran-yıxan... Musa nə qədər əsəbi olsa da, hətta kimisə öldürməyə qalxsa, Təranənin bir baxışı onun üçün hər şeyə dəyər. Özü deyir ki, mən bütün addımlarımı Təranəyə görə atıram".

Müğənni həmçinin Musa Musayev ilə ailə qurarkən həyat yoldaşının kasıb olduğunu bildirib.

"Mən Musa ilə ailə quranda bir şalvarı, bir köynəyi olub. Heç nəyi olmayıb. Heç maşını da olmayıb. Mən Musanın özünü sevib ailə qurmuşam. 21 il yalandan bir yerdə yaşamaq olmaz".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/320553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR