Mərakeşdə Azərbaycan dili kursu açıldı

Mərakeşdə Azərbaycan dili kursu açıldı
14:48 23 Yanvar 2015
212 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Məftun Salmanov/

Mərakeşdə Azərbaycan Dili və Mədəniyyəti proqramının açılışı olub.

Trend-in cümə günü Cihan agentliyinə istinadən verdiyi məlumata əsasən, proqram çərçivəsində paytaxt Rabatda Azərbaycan dili kursları fəaliyyət göstərəcək.

Kurslar Rabatdakı V Məhəmməd Universitetinin nəzdində açılıb.

Proqramın açılışında iştirak edən Bakı Dövlət Universitetinin ərəb dili müəlliməsi Təranə Əkbərova bildirib ki, bu, ərəb ölkələrində açılmış ilk belə bölmədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2356425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR