Azərbaycanda snayper, rabitəçi və paraşütçü hərbi ixtisasları üzrə kurslar başlayır - EKSKLÜZİV

Azərbaycanda snayper, rabitəçi və paraşütçü hərbi ixtisasları üzrə kurslar başlayır - EKSKLÜZİV
14:57 23 Yanvar 2015
518 Sosial
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 14:55 ]

Bakı. Rəşad Süleymanov – APA. Fevralın 2-dən Azərbaycanda snayper, rabitəçi və paraşütçü xüsusi hərbi ixtisasları üzrə mütəxəssislərin hazırlığına start verilir.

APA-nın məlumatına görə, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» MMC-nin sədri Şahvələd Əliyev bildirib.

 

Ş. Əliyev deyib ki, hazırda «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» MMC tərəfindən aşpaz və sürücü xüsusi ixtisasları üzrə Silahlı Qüvvələr və qanunvericilikdə nəzərdə tutulmuş digər birləşmələr üçün mütəxəssislər hazırlanır. Snayper, rabitəçi və paraşütçü xüsusi hərbi ixtisasları üzrə mütəxəssislərin hazırlığı üçün tələb olunan maddi-tədris bazanın formalaşdırılması işləri tam yekunlaşdırılıb, həmin kurslara cəlb olunacaq çağırışçıların komplektləşdirilməsi prosesi isə yekun mərhələdədir.

 

Cəmiyyət sədri onu da əlavə edib ki, ilk olaraq snayper kursları «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» MMC-nin Sabunçu və Nəsimi rayon 1 nömrəli filiallarında, rabitəçi kursları Bakı şəhər filialı, Binəqədi rayon 1 nömrəli filialı, Zaqatala rayon və Şəki şəhər filiallarında, paraşütçü kursları isə Balakən rayon 1 nömrəli filiallarında keçiriləcək. Bununla yanaşı aşpaz kursları Cəmiyyətin Gəncə şəhər 3 nömrəli filialında da açılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370148

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR