Bakı, 23 yanvar, AzərTAc
Beynəlxalq Otüstü Xokkey Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
AzərTAc xəbər verir ki, reytinq cədvəlində qadınlardan ibarət Azərbaycan millisi 684 xalla dünya ölkələri arasında 19-cu yerdə qərarlaşıb. Milli komandamız Avropada isə ilk onluğu tamamlayır.
Reytinq cədvəlində kişilərdən ibarət komandamız dünya ölkələri arasında 31-ci, Avropa ölkələri arasında isə 14-cü pillədə yer alıb.