Kralın dəfninə Azərbaycandan kim gedir?

Kralın dəfninə Azərbaycandan kim gedir?
15:16 23 Yanvar 2015
208 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun dəfn mərasimində iştirak edəcəklər.

Bu barədə ANS PRESS-ə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

O bildirib ki, dəfn mərasimində Milli Məclisin sədri Oqtay Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə və Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası işçi qrupunun rəhbəri, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov iştirak edəcək.

Milli Məclisin rəsmisi qeyd edib ki, Azərbaycan nümayəndə heyəti artıq yola düşüb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud bu gün gecə saatlarında vəfat edib. Paytaxt Riyadda Milli Mühafizə tibb mərkəzində müalicə olunan kralın nəfəs çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=321426

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR