Ronaldo bomj oldu (VİDEO)

15:16 23 Yanvar 2015
242 İdman
Ölkə mətbuatı
A- A+

Dünyanın ən yaxşı futbolçusu hesab edilən Kriştiano Ronaldo yeni görüntüsü ilə şoka salıb. ANS PRESS-in məlumatına görə, o bomj olub.

Belə ki, futbolçu öz gənc pərəstişkarı üçün bu addımı atıb. O, enli idman geyimi, çmirkli parik və qoyulma saqqalda Madridin mərkəzi meydanında görünüb.

Bu anlar kameranın yaddaşına köçürülərək internetdə yayılıb.

Burada "Real"ın ulduzu öz pərəstişkarı ilə görüşür və birdən saqqalını, parikini çıxarır. Uşaq heyrətindən yerində donub qalır. Ronaldo gənc azarkeşinə üzərində avtoqrafı olan futbol topu verib və onu qucaqlayıb.

Onun bomj geyimində nə qədər gəzdiyi bəlli deyil. Ronaldonun bu formada şəhərə çıxmasının və uşaqla görüşünün planlaşdırlıb planlaşdırılmadığı da bəlli deyil.

Onun bu addımı isə birmənalı qarşılanmayıb. Çoxları Ronaldonu ucuz reklamda ittiham edib.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=321423

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR