“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi”ndə 2014-cü ilin yekunları müzakirə olunub

15:22 23 Yanvar 2015
442 Sosial
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 15:18 ]


Bakı. Rəşad Süleymanov - APA. Bu gün “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin icra orqanında Cəmiyyətin 2014-cü il ərzində fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib.

 

APA-nın məlumatına görə, müşavirədə çıxış edən Cəmiyyətin sədri Şahvələd Əliyev bildirib ki, ötən il Cəmiyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi, icra orqanında və filiallarında normal iş şəraitinin yaradılması, vətəndaşlar arasında hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, xüsusi hərbi ixtisaslar üzrə yeni kursların açılması istiqamətində nailiyyətlər əldə olunub.

 

Ötən il Cəmiyyətin Sabunçu rayon filialının 25 metrlik atıcılıq tirinin atəş nöqtəsi yenidən qurulub. Balakən rayon 1 nömrəli filialda 36 nəfər üçün nəzərdə tutulan tam təchizatlı qonaq evi tikilərək sentyabr ayında paraşüt həvəskarlarının və müdavimlərin istifadəsinə verilib. Xidməti tapşırıqların operativ həll edilməsi məqsədilə əlavə 1 ədəd “Hyundai Grandeur” markalı və sürmə təlimində istismar edilməsi məqsədilə 6 ədəd yeni “Nissan Sunny 1.5 Base” markalı, avtomat transmissiyalı minik avtomobilləri alınıb. Aidiyyəti qurumlara müraciət əsasında əlavə 1 ədəd “UAZ” markalı minik və 3 ədəd QAZ-3308 markalı yük avtomobili əvəzsiz olaraq Cəmiyyətin balansına verilib. Təlim prosesində istismar edilməsi məqsədilə həmin avtomobillər müvafiq qaydada filiallar arasında bölüşdürülüb.

 

Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatı və Cəmiyyətin icra orqanının birgə təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş KİV nümayəndələri arasında I atıcılıq turniri təşkil edilib keçirilib.

 

Ş.Əliyev qeyd edib ki, 2014-cü ilin I və II tədris mərhələsi üzrə Azərbaycan Silahlı Qüvvələri və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün 6886 nəfər sürücü və 240 nəfər aşpaz mütəxəssis hazırlanıb. Bundan əlavə, 170 nəfər həvəskar paraşütçü, habelə təsərrüfat hesablı hazırlıq planına uyğun olaraq 34943 nəfər sürücü mütəxəssis hazırlanıb. Mütəxəssis hazırlığının daha yüksək səviyyədə keçirilməsi üçün müvafiq texniki baza formalaşdırılıb.

 

Daha sonra Cəmiyyətin sədri 2015-ci il üçün planlaşdırılan və qarşıda duran əsas vəzifələr barədə məlumat verib. Sonda Cəmiyyətin filial direktorlarının məruzəsi dinlənilib.

 

Tədbirin sonunda Ş.Əliyev yeni alınmış “Nissan Sunny” markalı avtomobillərin açarlarını filial direktorlarına təqdim edib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370150

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR